BAKI, 28 yanvar. TELEQRAF
2025-ci ildə mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 33 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Teleqraf xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2025-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə dair geniş kollegiya iclasında bildirilib.
2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə ümumilikdə 417 şəxs bu hadisələrin qurbanı olub, onlardan 71 nəfəri həlak olub, 346 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb.