BAKI, 28 yanvar. TELEQRAF

Türkiyə millisinin və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kənan Yıldız Avropa nəhənglərinin transfer hədəfinə çevrilib.

Teleqraf “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı hücumçunu İspaniyanın “Real Madrid” və İngiltərənin “Liverpul” klubu heyətinə qatmaqda israrlıdır.

Hazırda Turin klubunda illik cəmi 1.5 - 1.7 milyon avro maaş alan Kənanın bu məbləği az hesab etdiyi və daha böyük klublarda daha yüksək qazanc əldə edə biləcəyi bildirilir. “Yuventus” isə türkiyəli ulduzunu əldən verməmək üçün hərəkətə keçib. Klub rəhbərliyi Yıldıza illik 6 milyon avro maaşla 2031-ci ilə qədər nəzərdə tutulan yeni müqavilə təklif edib. Əgər tərəflər razılığa gəlsə, Kənan Yıldız komandanın ən çox qazanan oyunçularından birinə çevriləcək.

Qeyd edək ki, Kənan Yıldız cari mövsümdə çıxdığı 29 oyunda 9 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.