BAKI, 26 yanvar. TELEQRAF
“ABŞ-nin İrana hərbi hücumu qaçılmazdır”.
Teleqraf xəbər verir ki, bunu İsrailin BMT-dəki sabiq daimi nümayəndəsi Gilad Erdan deyib.
“ABŞ-nin İran əleyhinə hərbi əməliyyat həyata keçirəcəyinə heç bir şübhə yoxdur. Tramp qüvvələrini bölgəyə sadəcə hədələmək üçün yox, əməliyyatları həyata keçirmək üçün göndərib”, - diplomat vurğulayıb.
Erdan əlavə edib ki, ABŞ-nin hücumu hökuməti devirmək məqsədilə olmayacaq, amma İranı danışıqlar masasına gətirmək üçün həyata keçirilə bilər.