Bəzi incəsənət nümunələri ƏDV-dən azad edilir.

Teleqraf xəbər verir ki, bu, Milli Məclisin fevralın 2-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilmiş Vergi Məcəlləsində, "Banklar haqqında" və "Gömrük tarifi haqqında" qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Yeni əlavəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların idxalı ƏDV-dən azad edilir.