BAKI, 28 yanvar. TELEQRAF

Yaxın aylarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağına ümid edirik.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan AŞPA-da çıxışı zamanı bildirib.

"Sülhün əsas tərkib hissələri kommunikasiya xətlərinin açılması və tranzit daşımalar sahəsində qarşılıqlı dəstəyin təmin edilməsidir. TRIPP proqramı həmçinin Cənubi Qafqaz regionunda sülh və əməkdaşlıq baxımından mühüm rol oynayacaq",- o qeyd edib.