BAKI, 28 yanvar. TELEQRAF

2025-ci ildə dövlət büdcəsinə neft-qaz sektoru üzrə vergi orqanlarının xətti ilə 4 milyard 347,4 milyon manat vəsait daxil olub.

Teleqraf Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 52 faizi və ya 2 milyard 260,3 milyon manatı “Şahdəniz” layihəsi üzrə ödənilmiş mənfəət vergisi təşkil edib.

Gəlirlərin 41,3 faizi və ya 1795,4 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər və digər ödənişlər, 6,7 faizi və ya 291,7 milyon manatı “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə mənfəət vergisi hesabına təmin olunub.

Qeyd edək ki, ötən ilin dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 76,9 faizi və ya 14 milyard 481 milyon manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür.