BAKI, 26 yanvar. TELEQRAF

“ABŞ İrana “Tomahawk” raketləri ilə zərbələr endirməlidir”.

Teleqraf xəbər verir ki, bunu Avstriyanın NATO Genişlənmə Komitəsinin sədri Günter Felinqer sosial media hesabında bildirib.

ABŞ-nin Yaxın Şərqə göndərdiyi təyyarədaşıyan gəmisinin şəklini paylaşan Felinqer yazıb:

“ABŞ-dən iranlılara ədalət göstərməsini və öldürülən hər mülki etirazçı üçün “Tomahawk” raketi atmasını xahiş edirəm. Öldürülən 40 000 iranlıya 40 000 “Tomahawk” düşür. Bu, Amerika ədalətidir”.