BAKI, 28 yanvar. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin və suriyalı həmkarı Əhməd əl-Şaraa arasında Kremldə danışıqlar başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
***
14:41
Suriya Prezidenti Əhməd əl-Şaraa rəsmi səfər çərçivəsində Moskvaya gəlib.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, suriyalı liderin təyyarəsi paytaxtdakı Vnukovo hava limanına enib.
Əhməd əl-Şaraa hava limanında Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin tərəfindən qarşılanıb.