BAKI, 28 iyul. TELEQRAF

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə özbəkistanlı həmkarı Baxtiyor Saidov arasında telefon danışığı aparılıb.

Bu barədə Teleqraf-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Telefon danışığı zamanı Azərbaycan-Özbəkistan strateji müttəfiqlik əlaqələrindən irəli gələn məsələlər, Özbəkistan Prezidentinin iyulun 2-də ölkəmizə həyata keçirdiyi dövlət səfərinin nəticəsində ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq istiqamətində əldə olunmuş razılıqların icrası planları, habelə regional vəziyyət müzakirə olunub.

Telefon danışığı zamanı həmçinin iki ölkənin iştirakı ilə təşkil olunan beynəlxalq tədbirlərə hazırlıq məsələləri nəzərdən keçirilib.

Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.