BAKI, 27 oktyabr. TELEQRAF

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən 3 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.