BAKI, 27 oktyabr. TELEQRAF

Bakının Suraxı rayonunda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Vasif Abbasovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
Vasif Abbasov 9 il, 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 2026-cı il martın 20-də Bakının Suraxanı rayonu ərazisində qətl hadisəsi baş verib. Hövsan qəsəbəsində yerləşən 118 saylı məktəbin müəlliməsi olan 35 yaşlı Pərvanə Abbasova bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qadının qətlində həyat yoldaşı, 43 yaşlı Abbasov Vasif Zahid oğlu şübhəli bilinib. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Həmkarlarının sözlərinə görə, Pərvanə Abbasova illərdir həyat yoldaşı Vasif Abbasov tərəfindən zorakılığa məruz qalıb; övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, V.Abbasov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. ərazisində qətl hadisəsi baş verib.