BAKI, 27 oktyabr. TELEQRAF
Oktyabrın 28–30-da Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edəcək.
Teleqraf "Akorda"ya istinadən xəbər verir ki, səfər çərçivəsində Ankarada dövlət başçılarının genişləndirilmiş strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə yönəlmiş danışıqları olacaq.
Qazaxıstan Prezidenti, həmçinin Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşündə iştirak edəcək.