BAKI, 23 aprel. TELEQRAF
Ötən il Cinlə Azərbaycan arasında əmtəə dövriyyəsi 20 faiz artaraq 3,7 milyard dollar təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Çianq ilə görüşündə qeyd olunub.
Bildirilib ki, bu ilin 3 ayı ərzində əmtəə dövriyyəsi 40 faizə yaxın çoxalıb: "Çin bizim birinci idxal tərəfdaşımız olmaqla yanaşı, həm də dördüncü ticarət tərəfdaşımızdır".
Prezident İlham Əliyev strateji tərəfdaşlıq haqqında Bəyannamənin bütün sahələrdə uğurla həyata keçirildiyini vurğulayaraq, Azərbaycanla Çinin Avrasiyanın bir çox ölkəsini əhatə edən nəqliyyat-logistika əməkdaşlığı sahəsində fəal səylər göstərdiyini deyib.