![](https://teleqraf.az/storage/2025/02/11/715x378/6654.jpg)
BAKI, 11 fevral. TELEQRAF
Azərbaycan Xarici İşlər Nazirliyinin tələbi ilə “Rossotrudniçestvo”nun nümayəndəliyi - Bakıdakı Rus Mədəniyyət Mərkəzi (Rus Evi) fəaliyyətini dayandırmaq üzrə tədbirlər görür.
Teleqraf xəbər verir ki, bu barədə "Rus Evi"nin teleqramdakı səhifəsində məlumat verilib.
Xatırladaq ki, bundan əvvəl “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, fevralın 3-də “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.