BAKI, 1 oktyabr. TELEQRAF

"Geosiyasi gərginlik, iqlim məsələləri, iqtisadiyyat üzərində olan gərginlik mühitində belə bir forumun keçirilməsi olduqca vacibdir".

Teleqraf xəbər verir ki, bu barədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumunda deyib.

O bildirib ki, qarşılıqlı anlaşma və etimad olduqca vacibdir.

"Azərbaycan bu tədbiri çox yüksək səviyyədə təşkil edib. Qlobal məqsədimiz qarşılıqlı anlaşmanı və əməkdaşlığı təmin etməkdir. Qarşımızda prioritet məsələlər var. Regional müstəvidə həll yollarının tapılmasına qulluq edən dövlətlərdən biri CİCA-dır", - o vurğulayıb.

O əlavə edib ki, rəqəmsal bağlantılar bilavasitə biliklərə çıxışı təmin edir: "Media qeyri-adi imkan yaradır, insanlar arasında bağlantıları daha da möhkəmləndirir".

K. Sarıbay qadınları səlahiyyətləndirdikdə iqtisadi artımın baş verdiyini də qeyd edib.