BAKI, 1 oktyabr. TELEQRAF
Azərbaycan AQEM çərçivəsində əməkdaşlığın inkişafını davam etdirəcək.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumunda bildirib.
O qeyd edib ki, Azərbaycan AQEM sədrliyi çərçivəsində qurumun institusional inkişafına, beynəlxalq təşkilata transformasiyasına və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə töhfə verib:
“Azərbaycan bundan sonra da AQEM çərçivəsində qarşılıqlı etimadın və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək”.
Qeyd edək ki, AQEM-in 7-ci Zirvə toplantısı oktyabrın 15-də keçiriləcək.