BAKI, 1 oktyabr. TELEQRAF

Türkiyə AQEM-in beynəlxalq təşkilata çevrilməsini dəstəkləyir.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin Radio və Televiziya Baş İdarəsinin (RTÜK) sədri Mehmet Danış Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumunda bildirib.

O vurğulayıb ki, çoxtərəfli platformalara inamın azaldığı bir dövrdə AQEM kimi qurumların əhəmiyyəti artır.

Mehmet Danış Türkiyənin AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsini dəstəklədiyini və Azərbaycanın sədrliyi çərçivəsində həyata keçirilən tədbirlərdə fəal iştirak etdiyini vurğulayıb.