BAKI, 1 oktyabr. TELEQRAF

Bu ilin qalan hissəsi rəqəmsal transformasiya sahəsində ixtisaslaşmış təlim proqramlarının həyata keçirilməsinə həsr olunacaq.

Teleqraf xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda keçirilən "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda Media Forumunda birinci panel sessiyada deyib.

O bildirib ki, bununla yanaşı tərəfdaş ölkələrdən gələn sorğulara cavab olaraq yeni mövzular da araşdırılacaq.

"Bütün bu fəaliyyətlərə baxdıqda, onların milli rəqəmsal potensialın artırılması istiqamətində davamlı rəqəmsal mexanizm üçün təməl daşı olduğunu görmək olar", - o vurğulayıb.