BAKI, 3 oktyabr. TELEQRAF
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İran xarici işlər naziri Abbas Əraqçi telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə İran nazirinin Teleqram kanalı məlumat yayıb.
Bayramov və Əraqçi ikitərəfli münasibətlər üzrə son inkişaflar və məsələlər barədə müzakirə aparıb.
Azərbaycan xarici işlər naziri danışıqlar zamanı bacısının vəfatı ilə əlaqədar iranlı həmkarına başsağlığı verib.