BAKI, 27 aprel. TELEQRAF

"Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunacaq tədbirlər Azərbaycan üçün öz şəhərsalma layihələrini və innovativ həllərini nümayiş etdirmək baxımından mühüm platformadır".

Teleqraf xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Kommunikasiya direktoru Katerina Bezqaçina media nümayəndələri üçün keçirilən məlumatlandırma sessiyasında deyib.

O bildirib ki, forumda təmsilçilik nazirlər, nazir müavinləri və şəhər merləri səviyyəsində olacaq:

"Müxtəlif proqramların təqdimatları keçiriləndə bu, Azərbaycan üçün öz zəngin təcrübəsini bölüşmək üçün böyük fürsətdir. Forum çərçivəsində "Urban Expo" sərgisi təşkil olunacaq ki, burada çoxsaylı innovativ həllər nümayiş etdiriləcək.

Sərgidə Azərbaycan pavilyonları da yer alacaq. Bu, Azərbaycan üçün öz şəhərsalma proqramlarını, layihələrini, şəhər planlaşdırılması və mənzil problemlərinin həlli istiqamətində topladığı təcrübəni təqdim etmək imkanıdır".