BAKI, 14 sentyabr. TELEQRAF
Tamaz Boraşvili Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsini tutacaq.
Teleqraf xəbər verir ki, onun namizədliyini bu gün keçirilən brifinqdə Gürcüstan Baş naziri İrakli Kobaxidze açıqlayıb.
Prosedura əsasən, Baş nazirin təqdimatı ilə Parlament Dövlət Təhlükəsizliyi Xidməti rəisinin namizədliyini təsdiqləyir.
Tamaz Boraşvili hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini vəzifəsində çalışır və əvvəllər həmin qurumda idarə rəisi postunu tutub.
Geka Geladze bu gün Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən istefa verib. O, fəaliyyətini daxili işlər nazirinin müavini kimi davam etdirəcək.