BAKI, 2 sentyabr. TELEQRAF
Gözləntilər budur ki, texnologiyanın – istər süni intellektin, istərsə də ərazilərin tədqiqi üçün dronların istifadəsi çox geniş şəkildə artacaq.
Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisində (UNOPS) Avropa və Mərkəzi Asiya Regionu üzrə direktor Tim Lardner jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, son 30 ildə əldə olunan bütün irəliləyişlər ərazilərin tədqiqi və minaların təmizlənməsi baxımından daha sürətli irəliləməyə imkan verib:
"Bu inkişaf həmin ərazilərdə çalışan insan həyatını və torpaqları yenidən istifadəyə qaytaran şəxslər üçün sektoru daha təhlükəsiz edib. Beləliklə, son 30 ildə həm təhlükəsizlik, həm də səmərəlilik baxımından mühüm irəliləyiş əldə olunub.
Biz daha sürətlə öyrənəcəyik. Torpaqları tədqiq etmək və təhlükəsiz əraziləri müəyyənləşdirmək imkanlarımız da sürətlə artacaq.
Ona görə də düşünürəm ki, texnologiyalar torpaqların istifadəyə qaytarılması və həmin ərazilərdə yaşayan insanlar üçün daha təhlükəsiz mühitin yaradılması məqsədilə daha geniş şəkildə tətbiq olunacaq”.