BAKI, 2 sentyabr. TELEQRAF

ABŞ-nin İranın cənubuna endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ən azı dörd üzvü ölüb.

Teleqraf xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

Korpusun aerokosmik qüvvələrindən olan döyüşçülərinin öldürüldüyü bildirilib.

Sentyabrın 1-də ABŞ Mərkəzi Komandanlığı İrandakı hədəflərə zərbələr endirib. Hava hücumu zamanı ölkənin cənub sahilləri, o cümlədən Qəşm adası hədəfə alınıb. İran buna cavab olaraq BƏƏ, İordaniya, İraq və Bəhreyndə yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib.