BAKI, 2 sentyabr. TELEQRAF

“Azərbaycanın 2026-cı ili Şəhərsalma və Memarlıq İli elan etməsi ilə əlaqədar qarşımızda mina fəaliyyətinə dair yeni yanaşmanı inkişaf etdirmək üçün mühüm imkan yaranır. Mina fəaliyyətinə inkişafdan ayrı bir proses kimi deyil, gələcəyin təhlükəsiz, dayanıqlı və davamlı icmalarının planlaşdırılması və qurulmasının ayrılmaz hissəsi kimi yanaşmalıyıq”.

Teleqraf xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında bildirib.

Sədr vurğulayıb ki, məqsəd yalnız əvvəlki yaşayış məskənlərinin bərpası deyil, həm də təhlükəsiz, dayanıqlı, sağlam və insan mərkəzli icmaların yaradılması üçün şərait formalaşdırmaqdır:

“Münaqişənin nəticələri hərbi əməliyyatların başa çatmasından çox-çox kənara çıxır. 2020-ci ildə münaqişə başa çatdıqdan sonra 437 Azərbaycan vətəndaşı mina partlayışının qurbanı olub. Ermənistanla münaqişədən sonra Azərbaycanın təxminən 12 min kvadratkilometr ərazisi minalardan və partlayıcı qalıqlardan zərər çəkib. İşğaldan azad edilmiş ərazilərdə 1 milyondan çox mina və partlamamış hərbi sursat ciddi təhlükə yaradır. Bu, həm insanların həyatı, həm də sosial-iqtisadi inkişaf üçün əhəmiyyətli risklər doğurur.

Azərbaycanın 2026-cı ili Şəhərsalma və Memarlıq İli elan etməsi ilə əlaqədar olaraq, qarşımızda mina fəaliyyətinə dair yeni yanaşmanı inkişaf etdirmək üçün mühüm imkan yaranır”.

A.Quliyev vurğulayıb ki, Azərbaycan mina problemin həlli istiqamətində mühüm irəliləyiş əldə edir:

“Mina fəaliyyətinə inkişafdan ayrı bir proses kimi deyil, gələcəyin təhlükəsiz, dayanıqlı və davamlı icmalarının planlaşdırılması və qurulmasının ayrılmaz hissəsi kimi yanaşmalıyıq. 2026-cı ilin iyuluna olan məlumata görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minalardan və partlamamış hərbi sursatlardan təmizlənmiş ərazilərin ümumi sahəsi təxminən 300 min hektardır”.