BAKI, 2 sentyabr. TELEQRAF

ABŞ-nin Lavan adasına endirdiyi zərbələr nəticəsində İranın “Bəsic” təşkilatının üç silahlısı öldürülüb.

Teleqraf xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

Hücum nəticəsində bir neçə “Bəsic” üzvü yaralansa da, onların sayı dəqiqləşdirilməyib.

ABŞ Mərkəzi Komandanlığı bundan əvvəl İrandakı hədəflərə zərbələr endirildiyini açıqlayıb. Hücum zamanı ölkənin cənub sahilləri, o cümlədən Qəşm adası hədəfə alınıb.