SUMQAYIT, 2 sentyabr. TELEQRAF

Sumqayıt şəhərində ölüm hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Yaşma bağları ərazisində yerləşən dayanacaqda baş verib.

Şabran rayon sakini, 1988-ci il təvəllüdlü Talıbov Elnur Sadiq oğlu dayanacaqda olarkən qəfil vəfat edib.

Məlumata görə, 38 yaşlı kişinin ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.