BAKI, 2 sentyabr. TELEQRAF
Süni intellekt mina ərazilərinin təmizlənməsi sahəsində inqilab yaradacaq.
Teleqraf xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisində (UNOPS) Avropa və Mərkəzi Asiya Regionu üzrə Direktor Tim Lardner jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, xüsusilə son iki il ərzində texnologiyanın minaların yerləşdiyi ərazilərin müəyyənləşdirilməsi, minaların zərərsizləşdirilməsi və həmin ərazilərdən sonra növbəti mərhələyə keçilməsi imkanlarında inanılmaz irəliləyişlərə səbəb olduğu müşahidə edilib:
“Düşünürəm ki, mina ərazilərinin təmizlənməsində süni intellektdən və qabaqcıl texnologiyalardan istifadə imkanlarının hələ yalnız başlanğıcındayıq.
Mən bunu burada, Azərbaycanda da görürəm. Bu texnologiyalardan yararlanmaq, Azərbaycanda prosesləri təkmilləşdirmək, sürətləndirmək və daha səmərəli etmək üçün böyük imkanlar var”.