BAKI, 2 sentyabr. TELEQRAF

Kocaelidən Aliağaya doğru Türkiyə bayrağı altında üzən “Alsu” adlı yük gəmisi ilə İskenderun limanından Ereğliyə doğru üzən “Tuğberk İmamoğlu” adlı yük gəmisi toqquşub.

Teleqraf xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb.

Hadisə yerinə çoxsaylı dəniz vasitələri və helikopter göndərilib.

İlkin araşdırmaya əsasən, “Alsu”da zədə qeydə alınmayıb. Amma “Tuğberk İmamoğlu”nun 10 heyət üzvü ilə əlaqə saxlamaq mümkün olmayıb.

Bölgədə axtarış-xilasetmə işləri davam edir.

Hadisə Mərmərə dənizində baş verib.