BAKI, 20 iyul. TELEQRAF
Azərbaycanda süni intellektə əsaslanan xidmətlərdən yararlanan şəxslərin sayı artırılacaq.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda əksini tapıb.
Qeyd olunub ki, işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsi prosesində süni intellektə əsaslanan xidmətlərin yaradılması nəzərdə tutulur.