BAKI, 20 iyul. TELEQRAF

Azərbaycanda altı regional peşə hazırlığı mərkəzinin yaradılması və fəaliyyətə başlaması planlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Qeyd olunub ki, regionların iqtisadi inkişaf prioritetlərinə uyğun peşə hazırlığı mərkəzləri şəbəkəsinin genişləndiriləcək.