BAKI, 16 may. TELEQRAF
Bu gün Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Həmrəylik Forumu keçirilib.
Teleqraf xəbər verir ki, tədbir Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə dörd panel müzakirəsi keçirilib.
***
10:13
“Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu keçirilir.
Teleqraf xəbər verir ki, tədbir Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə baş tutur.
Forumda 8 ölkədən olan vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə Türk dünyasını maraqlandıran aktual məsələlərə dair müzakirələr aparılacaq.
Qeyd edək ki, ilk forum ötən il noyabrın 24-də keçirilib.
FOTO: Elnur Muxtar