BAKI, 14 may. TELEQRAF
İranın Naxçıvana hücumundan sonra Avropa İttifaqı (Aİ) Azərbaycanla tam həmrəy olduğunu bildirdi.
Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyunciç bu gün Bakıda Avropa Günü münasibətilə keçirilən tədbirdə deyib.
Səfir qeyd edib ki, İranın Azərbaycana son hücumundan sonra Avropa İttifaqı Azərbaycanı birmənalı şəkildə dəstəklədiyini bəyan edib:
"Naxçıvana qarşı qəbulolunmaz hücumdan qısa müddət sonra Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Bakıya səfər edərək, Azərbaycan və onun xalqı ilə tam həmrəy olduğunu bildirdi".
M.Kuyunçiç həmçinin Aİ-nin xarici siyasət rəhbərliyinin də operativ reaksiya verdiyini diqqətə çatdırıb:
"Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas hücumdan dərhal sonra Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığında həmrəy olduğu barədə eyni qətiyyətli mesajı çatdırdı".