BAKI, 16 may. TELEQRAF

Azərbaycan Premyer Liqasının XXXII turunda “Qarabağ” və “İmişli” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Emin Əliyevin idarə etdiyi görüşdə qolları Kamillo Duran (46), Marko Yankoviç (66) və Abdullah Zubir (78) vurublar.

Bu nəticədən sonra Qurban Qurbanovun kollektivi 66 xalla turnir cədvəlinin 2-ci, Jorj Kaşkikyanın kollektivi isə 33 xalla 9-cu pilləsində qərarlaşıb.

Qeyd edək ki, tura mayın 17-də yekun vurulacaq.