BAKI, 16 may. TELEQRAF
Bu gün Türk dünyası yüksəliş dövründədir və qarşımızda imkanlar getdikcə genişlənir.
Teleqraf xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Fuad Məmmədov bu gün Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunda bildirib.
Bu gün Türk dünyasının yüksəliş dövründə olduğunu və imkanların genişləndiyini deyən F.Məmmədov qardaş xalqları ortaq tarixi köklərin, dilin, mədəniyyətin və dəyərlərin birləşdirdiyini vurğulayıb.
O bildirib ki, rəhbərlik etdiyi qurum Türk dövlətləri ilə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün birgə qrant müsabiqələri elan etməyə tam hazırdır:
“Tərəflər öz yerli normativ qaydalarına uyğun olaraq müsabiqəni təşkil edəcəklər və yeganə əsas şərt layihələrin tərəfdaş ölkədə icra olunmasıdır”.