ZƏNGİLAN, 16 aprel. TELEQRAF

Zəngilanda keçirilən Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyanın 24-cü iclasının yekunlarına dair protokol imzalanıb.

Teleqraf-ın Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, protokolu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və rusiyalı həmkarı Aleksey Overçuk imzalayıb.

***

14:24

Bu gün Zəngilanda Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilir.

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və rusiyalı həmkarı Aleksey Overçukun sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri və səlahiyyətli nümayəndələri də iştirak edirlər.

Görüş zamanı Azərbaycan və Rusiya arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığa dair geniş spektrli məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır.