BAKI, 14 aprel. TELEQRAF

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Regional Təhlükəsizlik İdarəsinin rəisi Azər Musayevlə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Baş katib öz sosial media hesabında paylaşım edib.

Görüş zamanı tərəflər AQEM Nizamnaməsinin layihəsi üzrə irəliləyişləri, bu istiqamətdə davam edən məsləhətləşmələri və tərəflər arasında daha sıx uzlaşma tələb edən sahələri müzakirə ediblər.

Eyni zamanda, Bakıda keçiriləcək AQEM Sammitinə hazırlıq işləri və qarşılıqlı etimad tədbirlərinin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.