ZƏNGİLAN, 16 aprel. TELEQRAF

Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk maliyyə və iqtisadi sahədə ölkəsi ilə Azərbaycan arasında artan inteqrasiyanı yüksək qiymətləndirib.

Teleqraf-ın Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Aleksey Overçuk bu gün Zəngilanda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.

Baş nazirin müavini Azərbaycan nümayəndə heyətini Rusiyada keçiriləcək mühüm beynəlxalq tədbirlərə dəvət edib: "Azərbaycan nümayəndələrini qarşıdan gələn "KazanForum" (Rusiya - İslam Dünyası) və iki aydan sonra baş tutacaq Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etməyə çağırırıq. Hesab edirik ki, bu təmaslar münasibətlərimizin gələcək inkişafı üçün vacib təməldir".

Sonda A. Overçuk 2025-ci ilin yekunlarına görə iki ölkə arasındakı qarşılıqlı ticarət dövriyyəsində müşahidə olunan müsbət dinamikanın Rusiya tərəfindən tam dəstəkləndiyini və tərəfdaşlıq münasibətləri baxımından yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.