BAKI, 13 aprel. TELEQRAF

Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi müvəkkili Niklas Vaqner Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, ikitərəfli münasibətlər davamlı mübadilə və açıq dialoq əsasında inkişaf etməkdədir.

"Bu prinsipə uyğun olaraq, aprelin 10-da Bakıda Almaniya və Azərbaycan arasında növbəti siyasi məsləhətləşmələr keçirilib. Almaniyanın Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Niklas Vaqner görüşlərdə iştirak etmək üçün Berlindən səfər edib.

Regiondakı mövcud təhlükəsizlik vəziyyəti fonunda belə davamlı və konstruktiv mübadilə xüsusi əhəmiyyət daşıyır. Məhsuldar müzakirələrə görə xarici işlər nazirinin müavini Fariz Rzayevə və Prezidentin xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə səmimi təşəkkürümüzü bildiririk",- məlumatda qeyd edilib.