BAKI, 16 aprel. TELEQRAF

“Gürcü xalqı Salome Zurabişvilinin kim olduğunu, kimə xidmət etdiyini və kimin təsiri altında olduğunu çox yaxşı bilir”.

Teleqraf xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvilinin seçkilərlə bağlı açıqlamasını şərh edərkən deyib.

“Əlbəttə, ölkədə kimin hakimiyyətdə olmasını xalq edir. Salome Zurabişvilinin kənardan aldığı əmrlə cəmiyyəti manipulyasiya edə biləcəyi illüziyası işə yaramayacaq. Gürcü xalqı kimin kim olduğunu və kimə xidmət etdiyini, Salome Zurabişvilinin kim olduğunu, kimə xidmət etdiyini, kimin təsiri altında olduğunu çox yaxşı bilir. Bu gün yeni adlarla yeni partiyalar yaratsanız belə, sizə kömək etməyəcək. Sizin bir əsas adınız var - xain. Bu, reallıqdır”, - Kaladze bildirib.

Gürcüstanın keçmiş prezidenti bundan əvvəl seçkilərə inandığını və “Gürcü Arzusu” hökumətinin hakimiyyətdən gedişinin seçki yolu ilə baş verməsini istədiyini bildirib. Zurabişvilinin fikrincə, seçki yolu ilə hakimiyyət dəyişikliyi Gürcüstanı yenidən relsə salacaq.