BAKI, 14 aprel. TELEQRAF

Türkiyə vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovla görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə qardaşlıq və strateji müttəfiqlik münasibətləri müzakirə edilib.