BAKI, 16 aprel. TELEQRAF

ABŞ Suriyanın şimal-şərqindəki hərbi bazasını boşaldır.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin N12 telekanalı Suriya mənbələrinə istinadla məlumat yayıb.

Mənbə ABŞ-nin Hasəkə vilayətində yerləşən hərbi bazasındakı hərbi texnika və canlı qüvvənin yük maşınları ilə çıxarıldığını bildirib.

Xatırladaq ki, sözügedən bölgə PKK terror təşkilatının Suriya qanadı SDQ-nin nəzarəti altındadır.