ZƏNGİLAN, 16 aprel. TELEQRAF

Azərbaycan və Rusiya arasında nəqliyyat-logistika əməliyyatlarının rəqəmsallaşdırılması istiqamətində mühüm addım atılıb.

Teleqraf-ın Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, Zəngilanda keçirilən Hökumətlərarası Komissiyanın iclası çərçivəsində elektron beynəlxalq nəqliyyat qaiməsinin (e-CMR) tətbiqi üçün şəraitin yaradılmasına dair "Yol Xəritəsi" qəbul edilib.