ZƏNGİLAN, 16 aprel. TELEQRAF
"Azərbaycan ilə Rusiya arasında turizm sahəsində qarşılıqlı əlaqələr yüksələn xətt üzrə inkişaf edir".
Teleqraf-ın Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bu gün Zəngilanda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 24-cü iclasında bildirib.
Baş nazirin müavini qeyd edib ki, 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında turist mübadiləsinin ümumi sayı 700 min nəfəri keçib:
“Rusiyadan Azərbaycana 500 mindən çox səfər, Azərbaycandan Rusiyaya təxminən 200 min səfər reallaşıb”.
A.Overçuk həmçinin Xəzər dənizində kruiz gəmiçiliyinin inkişaf etdirilməsi və MDB çərçivəsində ortaq geoportalın yaradılmasının investisiya və turizm cəlbediciliyini daha da artıracağını qeyd edib.