BAKI, 16 aprel. TELEQRAF

“Xarici ölkələrin nümayəndələri uzun illərdir müxtəlif fondlar və təşkilatlar vasitəsilə Gürcüstanda inqilab və hökuməti dəyişdirmək üçün pul xərcləyirlər”.

Teleqraf xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze deyib.

“Təəccüblənmirik. Gürcüstana necə münasibət göstərildiyini bilirik. İllərdir kənar müdaxilə ilə dövlət çevrilişi, cəmiyyəti parçalamaq və qütbləşmənin dərinləşməsi üçün külli miqdarda pullar xərclənir. Hələ də dayanmırlar”, - Kaladze qeyd edib.

Tbilisi merinin sözlərinə görə, Gürcüstan son illərdə birdən çox inqilab cəhdinə şahid olub, amma xalq baş verənləri təhlil etməkdə təcrübəlidir və ölkənin düşmənlərinin kim olduğunu bilir.

Gürcüstanın “İmedi” telekanalı bundan əvvəl müxalifət partiyalarının ölkədə yeni iğtişaşlar planlaşdırdığı barədə məlumat yaymışdı. İddiaya görə, Praqa Vətəndaş Cəmiyyəti Mərkəzinin liderlərindən biri İqor Blazeviç müxalifət üçün inqilabi ssenarisi hazırlayır.