BAKI, 16 aprel. TELEQRAF
“İran Silahlı Qüvvələrinin baş komandanı Əmir Xatəmi orduya mümkün quru əməliyyatı zamanı ABŞ və İsrail hərbçilərinin birinin də sağ buraxılmaması barədə əmr verib”.
Teleqraf xəbər verir ki, bunu İran Ordusunun sözçüsü Məhəmməd Əkrəminiya deyib.
“İranın ordu komandanının göstərişi belədir: ölkəyə quru müdaxiləsi olacağı halda qətiyyətlə hərəkət edilməlidir. O vurğulayıb ki, heç bir işğalçı sağ qalmamalıdır”, - o bildirib.
“The Washington Post” bundan əvvəl rəsmi mənbələrə istinadla yazmışdı ki, Pentaqon atəşkəs pozularsa, İrana qarşı yeni hava zərbələrinin endirilməsi və ya quru əməliyyatları variantını nəzərdən keçirir.