ZƏNGİLAN, 16 aprel. TELEQRAF

"Azərbaycan-Rusiya İşgüzar Şurasının fəaliyyəti birgə layihələrin təşviqinə mühüm töhfə verir".

Teleqraf-ın Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev bu gün Zəngilanda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 24-cü iclasında bildirib.

Onun sözlərinə görə, bu qurumların fəaliyyəti sahibkarlar arasında birbaşa təmasların möhkəmləndirilməsinə və birgə investisiya layihələrin artırılmasına yönəlib.

Şahin Mustafayev həmçinin qeyd edib ki, sabah Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının növbəti iclası keçiriləcək.