BAKI, 2 fevral. TELEQRAF
İşğaldan azad olunan ərazilərdə yanvar ayı ərzində 337 piyada əleyhinə mina, 37 tank əleyhinə mina, 1356 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.
Bu barədə Teleqraf-a Azərbaycan Minatəmizləmə Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, 1738.3 hektar ərazi minalardan təmizlənib.