ŞUŞA, 12 iyul. TELEQRAF
IV Şuşa Qlobal Media Forumu çərçivəsində xarici qonaqlar Şuşada yeni inşa edilən Qarabağ küçəsi ilə tanış olublar.
Teleqraf-ın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, qonaqlara küçədə həyata keçirilən tikinti və abadlıq işləri, həmçinin burada yaradılan müasir infrastruktur barədə məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub.
Həmin küçədə dövlət-özəl tərəfdaşlığı çərçivəsində yerli investorlar tərəfindən ümumilikdə müxtəlif təyinatlı10 bina inşa edilib.
Onların arasında mehmanxana, apart hotellər, ofislər, iaşə obyektləri var. Tikinti işlərinin aparılması zamanı keyfiyyətlə yanaşı, binaların Şuşanın ümumi görünüşünə uyğun olmasına da xüsusi diqqət yetirilib.