BAKI, 12 iyul. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin hücumlarına cavab olaraq Küveytdə yerləşən HIMARS raket buraxılış qurğularını pilotsuz uçuş aparatları ilə vurduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İranın Fars agentliyi məlumat yayıb.

Məlumata görə, SEPAH pilotsuz uçuş aparatları vasitəsilə ABŞ-yə məxsus quru bazalı HIMARS raket sistemlərinin buraxılış qurğularına zərbələr endirib.

Bəyanatda bildirilir ki, əməliyyat zamanı İran istiqamətində buraxılmağa hazır vəziyyətdə olan raket qurğuları və raket konteynerləri məhv edilib.

Qeyd edək ki, bundan əvvəl Küveytdə dəniz qazma platformasına pilotsuz uçuş aparatının hücumu nəticəsində bir nəfərin yaralandığı barədə məlumat yayılmışdı.