BAKI, 2 fevral. TELEQRAF

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfərə yola düşüb.

Teleqraf xəbər verir ki, bu barədə QMİ-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səfər Birləşmiş Ərəb Əmirliklərinin Şeyx Zayed Fondunun təsis etdiyi "Zayed İnsan Qardaşlığı Mükafatı" Təşkilatının Baş katibi Məhəmməd Əbdülsəlamın dəvəti ilə baş tutur.

QMİ sədri Şeyx Zayed Fondunun 2026-cı il üçün "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimetmə mərasiminə qatılacaq.